Qaynar xətt:

(+99450) 247 90 86

"WhatsApp" pullu olur 

\"WhatsApp\" pullu olur 

DÜNYA

276

08.04.2026, 19:22

Dünyanın ən populyar mesajlaşma platformalarından biri olan WhatsApp ilə bağlı yayılan yeniliklər istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.

 

Oxu24.com xəbər verir ki, tətbiqin sahibi olan Meta WhatsApp-ı tamamilə ödənişli etməyi planlaşdırmır. Şirkət yalnız əlavə imkanlar üçün istifadəçilərə ödənişli seçimlər təqdim etməyə hazırlaşır.

 

Məlumata görə, mesajlaşma, zənglər və media fayllarının göndərilməsi kimi əsas funksiyalar əvvəlki kimi pulsuz qalacaq. 2026-cı ildən etibarən tətbiq olunacaq yeniliklər daha geniş funksionallıq istəyən istifadəçilər üçün nəzərdə tutulub.

 

Hazırda sınaq mərhələsində olan “WhatsApp Plus” adlı abunəlik modeli istifadəçilərə əlavə imkanlar vəd edir. Bu paket çərçivəsində daha çox çatın sabitlənməsi, fərdiləşdirilmiş mövzular və xüsusi emojilərdən istifadə mümkün olacaq. Pulsuz versiyada isə mövcud limitlər dəyişməz qalacaq.

 

Digər yenilik isə reklamlarla bağlıdır. Bildirilir ki, status və kanallar bölməsində görünən reklamlardan imtina etmək istəyən istifadəçilər ödənişli paketlərə keçid edə biləcəklər. Eyni zamanda, kontent yaradıcıları üçün ödənişli kanallar funksiyası da hazırlanır. Bu xüsusiyyət sayəsində kanal sahibləri özəl məzmunu yalnız abunəçilər üçün əlçatan edə biləcəklər.

 

Qeyd olunur ki, bütün bu dəyişikliklər məcburi xarakter daşımır. İstifadəçilər "WhatsApp"dan əvvəlki kimi tamamilə pulsuz istifadə etməyə davam edə biləcəklər.

 

Yeniliklərin 2026-cı il ərzində müxtəlif ölkələrdə mərhələli şəkildə tətbiq olunacağı gözlənilir./demokrat