Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
12 Noyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1344
01.04.2026, 15:42
İranın Ali Dini Lideri Müctəba Xamenei İraq xalqına və dini liderlərinə təşəkkürünü bildirib, eyni zamanda iki ölkənin gələcəkdə vahid dövlət kimi birləşməsi fikrini irəli sürüb. Bu bəyanat regionda geniş rezonans doğurub və ABŞ ilə İsrailin maraqlarına təsir edə biləcək müxtəlif ssenariləri gündəmə gətirib. Tehran-Bağdad münasibətlərinin gələcəkdə yeni mərhələyə keçə biləcəyi ehtimalları da bu açıqlama fonunda aktuallaşıb.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Oxu24.com-a açıqlama verib.
“Müctəba Xamenei İraqın şiə dini liderlərinə göndərdiyi məktubda onlara İrana dəstək göstərdikləri üçün təşəkkür edib. Bu, faktiki olaraq elə İranın 47 ildən bəri, 50 ilə yaxındır apardığı siyasətinin növbəti bir təzahürü kimi dəyərləndirilməlidir. Belə ki, İran özünün xarici siyasətində şiə faktorunu əsas amil olaraq önə çəkməklə məhz özünün təsir imkanlarını bu istiqamətdən gücləndirməyə çalışır.
Məşhur “Şiə Hilalı"nın yaradılması ideyası da burdan qaynaqlanır.
O ki qaldı, Müctəbanın İran və İraqın gələcəkdə vahid dövlət halında birləşməsinə, əlbəttə ki, bu, qeyri-real və imkansız bir məsələdir. Bu, əslində İranın həyata keçirdiyi aqressiv, imperialist siyasətin bir parçasıdır. Çünki, İran məhz İraqı ələ keçirməklə Aralıq dənizinə daha yaxınlaşmaq və ümumiyyətlə, Əhəmənilər imperiyasını, yaxud Sasanilər imperiyasını bərpa etmək kimi bir illüziya ilə bu proseslərə yanaşır.
Mən hesab etmirəm ki, yaxın onilliklərdə bu məsələ reallaşa bilər. Çünki, iki tərəf arasında nə qədər Amerika işğalından sonra, Səddam Hüseyn, post-Səddam dövründə İranın İraqa təsir imkanları nə qədər güclənsə də, İraq daxilində İrana qarşı qüvvələrin də olduğunu biz unutmamalıyıq. Xüsusilə də, şiə liderlərinin önəmli simalarından biri olan Müqtəda əs-Sədrin İranla bağlı mövqeyi kifayət qədər təsirli bir amildir. Belə ki, bu şəxs İranla münasibətdə kifayət qədər ehtiyatlı və məsafəli davranmaqdadır və o da İraqda şiə cəmiyyətində böyük nüfuzu olan şəxslərdən biridir.
Digər bir tərəfdən, İraqın özündə də İranla bağlı kifayət qədər ciddi və ehtiyatlı bir münasibət var. Baxmayaraq ki, İraq siyasi elitasında İranla yaxın münasibətlərin tərəfdarları da az deyil və İranın kifayət qədər bölgə təsir imkanları var. İranın bu ideyası və İraqla birləşməklə bağlı söylənən fikirlər, hesab edirəm ki, qeyri-real olmaqla bərabər, həm də bölgədə ciddi güclər və təhlükəsizlik arxitekturası ilə bağlı dəyişikliklər deməkdir ki, bu da region ölkələri və qlobal oyunçular tərəfindən qəbul olunacaq bir məsələ deyil.
Xüsusilə də, ABŞ, İsrail-İran müharibəsindən sonra ərəb dünyasında İranla bağlı narahatlıq və ehtiyatlılıq bir az da artıb və çatlar daha da dərinləşib. Belə bir bəyanat, əlbəttə ki, ABŞ-nin, İsrailin və digər qlobal güclərin də qətiyyən maraqlarına cavab vermir. Yaxın Orta Şərqin önəmli aktyorları olan ərəb ölkələri də buna qətiyyən qarşı çıxır.
İki ölkənin inteqrasiyası nə qədər dərindir və nələr baş verə bilər? İran daha çox din faktoru üzərindən İraq siyasi elitasında rol almağa çalışır, oradakı nüfuzunu gücləndirməyə çalışır. Və daha çox bu istiqamətdə, bir də İraq daxilində İranın dəstəklədiyi silahlı qruplaşmalar var – Həşdi Şabi və digərləri ki, bu, İraq dövləti üçün kifayət qədər ciddi problemlər yaradacaq bir amildir.
Yəni İran, əslində, bölgə ölkələrində apardığı siyasətin əsas məqsədi ondan ibarətdir ki, məhz “proxy”qüvvələr yaratmaqla həmin dövlətlərə təsir etmək, dövlətin içini boşaltmaqla dövləti tamamilə həmin qüvvələrin nəzarətinə vermək siyasətidir. Necə ki, Hizbullah Livanda bunu etdi, Hamas Qəzza zolağında, Fələstində bunu etdi. Bu baxımdan İraq tərəfi də bu məsələləri diqqətə almalıdır deyə düşünürəm”,-deyə politoloq qeyd edib.
Çimnaz Telmanqızı
19:36 / 12 Noyabr 2026
8
19:31 / 12 Noyabr 2026
19
19:19 / 12 Noyabr 2026
48
19:15 / 12 Noyabr 2026
50
19:09 / 12 Noyabr 2026
47
19:03 / 12 Noyabr 2026
54
18:58 / 12 Noyabr 2026
63
18:50 / 12 Noyabr 2026
64
18:42 / 12 Noyabr 2026
682
18:40 / 12 Noyabr 2026
67
18:32 / 12 Noyabr 2026
291
18:28 / 12 Noyabr 2026
70
18:26 / 12 Noyabr 2026
89
18:16 / 12 Noyabr 2026
104
18:15 / 12 Noyabr 2026
88
18:07 / 12 Noyabr 2026
95
17:53 / 12 Noyabr 2026
91
17:19 / 12 Noyabr 2026
101
16:25 / 12 Noyabr 2026
111
16:21 / 12 Noyabr 2026
128
15:55 / 12 Noyabr 2026
153
15:36 / 12 Noyabr 2026
585
15:15 / 12 Noyabr 2026
211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.