İranın Ali Rəhbəri ABŞ-la atəşkəsə dair təklifləri rədd edib
17 Mart 2026, 14:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
311
15.03.2026, 20:20
İranın zənginləşdirilmiş uran ehtiyatları hazırda dağıntılar altında qalıb və Tehran onların çıxarılması ilə bağlı hər hansı plan nəzərdən keçirmir.
Oxu24.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi CBS telekanalında yayımlanan “Face the Nation” proqramında bildirib.
Nazirin sözlərinə görə, ötən ilin iyununda İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra təxminən 440 kiloqram zənginləşdirilmiş uran dağıntılar altında qalıb.
“Bizim nüvə obyektlərimiz hücuma məruz qalıb və hər şey dağıntılar altındadır. Əlbəttə, bu ehtiyatları çıxarmaq mümkündür, lakin bu yalnız Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçirilə bilər. Əgər belə qərar qəbul etsək, bu proses Agentliyin nəzarəti ilə baş tutacaq. Amma hazırda bizim belə planımız yoxdur”, – deyə Əraqçi bildirib.
O əlavə edib ki, ABŞ və İsrailin İrana qarşı davam edən bombardmanları fonunda həmin ehtiyatların çıxarılması və ya seyrəldilməsi ilə bağlı hər hansı danışıqlar aparılmır.
Həmçinin oxuyun
Əraqçi İranın gələcəkdə bu ehtiyatlardan imtina edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, bu məsələ yalnız mümkün danışıqlar çərçivəsində müzakirə oluna bilər:
“Əgər gələcəkdə ABŞ və ya digər tərəflərlə danışıqlara başlamaq qərarına gəlsək, bəlkə də nə təklif edəcəyimizi müəyyən edərik. Amma hazırda heç bir təklif yoxdur”, – deyə o vurğulayıb.APA
15:50 / 17 Mart 2026
1
15:48 / 17 Mart 2026
15
15:35 / 17 Mart 2026
39
15:20 / 17 Mart 2026
182
15:04 / 17 Mart 2026
38
14:58 / 17 Mart 2026
79
14:50 / 17 Mart 2026
560
14:38 / 17 Mart 2026
43
14:34 / 17 Mart 2026
145
14:30 / 17 Mart 2026
59
14:28 / 17 Mart 2026
113
14:27 / 17 Mart 2026
56
14:05 / 17 Mart 2026
674
14:02 / 17 Mart 2026
58
13:56 / 17 Mart 2026
66
13:49 / 17 Mart 2026
127
13:46 / 17 Mart 2026
111
13:32 / 17 Mart 2026
364
13:28 / 17 Mart 2026
64
13:25 / 17 Mart 2026
60
13:20 / 17 Mart 2026
302
13:13 / 17 Mart 2026
84
13:06 / 17 Mart 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.