Qaynar xətt:

(+99450) 247 90 86

İmran Xanla bağlı üzücü xəbər 

news/2025_11_26/imran_xan_1764152151.jpg

DÜNYA

72

17.02.2026, 09:16

Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan İslamabad Ali Məhkəməsinə tibbi səbəblərlə bağlı ərizə təqdim edib.

 

Oxu24.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

 

Qeyd olunub ki, siyasətçi həbsdə olduğu müddətdə sağlamlıq vəziyyətinin kəskin şəkildə pisləşib.

 

Vəkillərinin açıqlamasına görə, qan laxtalanması nəticəsində Xanın sağ gözündə görmə qabiliyyəti demək olar ki, tamamilə itib. Müdafiə tərəfi hesab edir ki, onun səhhəti penitensiar şəraitdə saxlanılması üçün risklidir və təcili tibbi nəzarət tələb olunur.

 

Ərizədə eyni zamanda 2025-ci ilin dekabrında çıxarılan hökmün ləğvi də tələb olunur. Həmin hökmə əsasən, İmran Xan dövlət aktivləri ilə bağlı fırıldaqçılıq ittihamı üzrə təqsirli bilinərək 17 il azadlıqdan məhrum edilib.

 

Məhkəmənin müraciətə nə vaxt baxacağı və qərarın necə olacağı hələlik açıqlanmayıb./globalinfo.az