Qaynar xətt:

(+99450) 247 90 86

Moskvada restoranlar kütləvi şəkildə bağlanır: Bazarda ən böyük dalğa

news/2026_01_20/1312243_768x403_1768921340.jpg

DÜNYA

91

20.01.2026, 19:02

Moskva pandemiya dövründən bəri restoran və barların kütləvi şəkildə fəaliyyətini dayandırdığı ən genişmiqyaslı mərhələyə qədəm qoyub.

 Oxu24.com KONKRET.az-a istinadən xəbər verir ki, yanvar ayı hələ tam başa çatmasa da, paytaxtda “Dorogaya ya perezvonyu”, “Smoke BBQ”, “The Toy”, “Mimi”, “Beerside” və “Valenok” da daxil olmaqla 45-dən çox məşhur iaşə obyekti fəaliyyətini dayandırıb.

Ekspertlər hesab edirlər ki, ilin sonuna qədər Moskvada ən azı 465 ictimai iaşə müəssisəsinin bağlanması mümkündür. Bu tendensiya yalnız kiçik kafe və restoranlarla məhdudlaşmır, iri şəbəkələr də bazardakı mövqelərini qorumaqda çətinlik çəkərək bir neçə obyektini bağlayıblar.

Mütəxəssislər əsas səbəb kimi tələbatın kəskin azalmasını göstərirlər. Belə ki, restoranlara getmək artıq bir çox vətəndaş üçün əlçatmaz lüksə çevrilib. Əlavə olaraq, 2026-cı ildə sahəyə təzyiqi artıran faktorlar arasında ƏDV-nin yüksəlməsi də göstərilir.

Bazarda müşahidə olunan bu mənfi tendensiya Moskvadakı ictimai iaşə sektorunun ciddi sınaqla üzləşdiyini göstərir.

Şikayətinizi və şahidi olduğunuz hadisəni ç