Qaynar xətt:

(+99450) 247 90 86

Hatəmi xalqa səsləndi - “İrana qarşı sui-qəsd planı var”

news/2026_01_16/hatami_768x403_1768578289.jpg

DÜNYA

89

16.01.2026, 19:54

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə iqtisadi çətinliklər səbəbindən başlayan və qanlı toqquşmalarla müşayiət olunan kütləvi etirazlarla bağlı rəsmi çağırış edib.

Oxu24.com  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun çıxışı “Tasnim” agentliyi tərəfindən dərc olunub.

Hatəmi bəyanatında ölkədəki böhranın dərinləşməsinə görə həm xarici sanksiyaları, həm də dövlətin struktur problemlərini günahlandırıb:

“Siyasi səhvlərin düzəldilməsi vacibdir. Çünki cəmiyyətin qütbləşməsinin qarşısını almaq üçün unudulmuş respublikaçılıq prinsiplərinə qayıtmaq ən faydalı çıxış yoludur. İsrail rəsmilərinin açıqlamaları və ABŞ-nin dəstəyi isə İrana qarşı böyük və planlaşdırılmış sui-qəsdin mövcudluğuna şübhə yeri qoymur”.

Qeyd edək ki, 2025-ci il dekabrın 28-də Tehranda başlayan etirazlar fonunda İran hakimiyyəti yanvarın 8-dən etibarən internetə çıxışı tamamilə bloklayıb.