Qaynar xətt:

(+99450) 247 90 86

Türklər Ermənistanla sərhədi açmağa fəal şəkildə hazırlaşırlar

news/2026_01_16/936145_src_1768576944.webp

DÜNYA

78

16.01.2026, 19:20

Türkiyə mediasının məlumatına görə, Türkiyənin Ermənistanla sərhədindəki Əlican sərhəd keçid məntəqəsində işlər 90%-ə qədər tamamlanıb.

Oxu24.com  xəbər verir  ki, İğdırın Qaraqoyunlu rayonundakı Əlican sərhəd keçid məntəqəsində və Ermənistanın Armavir əyalətindəki Marqara sərhəd keçid məntəqəsində işlər davam edir.

Əlican sərhəd keçid məntəqəsində gömrük və digər prosedurlar üçün binalar da qurulur.

Ermənistandan Türkiyəyə gələnləri İğdır və ətraf əraziləri ziyarət etməyə təşviq edən reklam lövhələri və elanlar da quraşdırılıb.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaranın "Ermənistanla sərhədi açmaq və diplomatik münasibətlər qurmaq üçün çoxdan gözlənilən siyasi qərarı verəcəyinə" ümid etdiyini bildirmişdi.

Jalə