Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ diplomatı Azərbaycan dilində mesaj yaydı - VİDEO

news/2025_12_31/1767185551_v_1767186499.png

DÜNYA

77

31.12.2025, 17:11

"ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir".

Oxu24.com  xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə bağlı xalqımıza ünvanladığı təbrik mesajında bildirib.

“Bu ilin iyun ayında Azərbaycana gəldiyimdən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. Bu müddət ərzində bir çox dəyərli insan tanıdım. Onlara Azərbaycan hökumətindəki həmkarlarım, tələbələr, biznes icmasından olan insanlar daxildir. Onların hər birinə dərin təşəkkürlərimi bildirirəm.

ABŞ-nin Azərbaycandakı səfirliyi adından sizə və ailələrinizə möhkəm can sağlığı, xoşbəxtlik və uğurlar arzulayıram!

...Yeni iliniz mübarək olsun. Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə ürəkdən təbrik edirəm!" - Emi Karlon vurğulayıb.