Yadplanetlilərin Yerə hücumu nə ilə nəticələnə bilər
25 May 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
554
18.10.2025, 22:19
Reuters xəbər verir ki, ABŞ məhkəməsi müəyyən edib ki, Fransanın BNP Paribas bankı ABŞ-ın sanksiyalarına zidd olaraq Sudan hökumətinə bank xidmətləri göstərib və bununla da Afrika ölkəsində soyqırımına şərait yaradıb.
Məhkəmə BNP Paribas-ı Sudanın keçmiş prezidenti Ömər əl-Bəşirin hakimiyyəti dövründə insan haqları pozuntularına yol verdiyini iddia edən üç Sudan vətəndaşına 20,5 milyon dollar ödəməyə məcbur edib.
Qərar həmçinin ABŞ-da yaşayan 20 mindən çox sudanlı qaçqın üçün mümkün kompensasiyanın ödənilməsinə yol açır.
"Müştərilərimiz BNP Paribas tərəfindən təşkil edilən və dayandırılmalı olan ABŞ dolları ilə dəstəklənən dağıdıcı kampaniya nəticəsində hər şeylərini itirdilər" dedi iddiaçıların vəkili Bobby DiCello.
Beynəlxalq Cinayət Məhkəməsi (ICC) 2009 və 2010-cu illərdə Sudanın keçmiş prezidenti Ömər əl-Bəşirin həbsinə dair iki order verib. İttihamnamədə bildirilir ki, 2003-cü ildə ölkədə İkinci Vətəndaş Müharibəsi zamanı o, Fur, Zaqava və Masalit qəbilələrinin üzvlərinin yaşadığı kəndlərə hücumlar etməyi əmr edib. BCM prokurorunun sözlərinə görə, bu hücumlar nəticəsində azı 35 min insan həlak olub. Məhkəmə prokuroru bu barədə 2009-cu ilin martında bildirib.
Əl-Bəşir 1989-2019-cu illərdə dövlət başçısı vəzifəsində çalışıb və kütləvi etirazlar zamanı hakimiyyətdən uzaqlaşdırılıb. Daha sonra Sudan məhkəməsi onu korrupsiya ittihamı ilə iki il həbs cəzasına məhkum edib. 2021-ci ildə ölkə hakimiyyəti keçmiş prezidenti BCM-yə təhvil vermək qərarına gəlib.
08:55 / 25 May 2026
50
08:45 / 25 May 2026
48
08:43 / 25 May 2026
45
08:25 / 25 May 2026
232
08:20 / 25 May 2026
53
00:05 / 25 May 2026
208
00:01 / 25 May 2026
343
00:01 / 25 May 2026
1695
23:58 / 24 May 2026
357
23:36 / 24 May 2026
564
23:32 / 24 May 2026
1098
23:23 / 24 May 2026
228
23:13 / 24 May 2026
299
23:13 / 24 May 2026
863
23:03 / 24 May 2026
350
22:43 / 24 May 2026
131
22:18 / 24 May 2026
137
22:04 / 24 May 2026
544
21:40 / 24 May 2026
208
21:39 / 24 May 2026
1725
21:30 / 24 May 2026
216
20:41 / 24 May 2026
173
20:19 / 24 May 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.