Yadplanetlilərin Yerə hücumu nə ilə nəticələnə bilər
25 May 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
568
18.10.2025, 20:27
Avstriya Avropa İttifaqının xarici işlər nazirlərinin bazar ertəsi, oktyabrın 20-də Lüksemburqda keçiriləcək iclasında Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqləyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Avstriya XİN-i məlumat yayıb.
Nazirlik bəyan edib ki, Vyana “Rusiyaya davamlı təzyiqləri” dəstəkləyir. Lüksemburqda Ukraynadan başqa, Yaxın Şərqdəki vəziyyət, o cümlədən İsrailə qarşı sanksiyalar müzakirə olunacaq.
Avstriyanı NEOS-un dövlət katibi Zepp Şellhorn təmsil edəcək.
Avstriya daha əvvəl Raiffeisen Bank International (RBI)-nı sanksiyalardan azad etməyə çağırmışdı.
Lakin bu tələb heç bir Aİ-yə üzv dövlət tərəfindən dəstəklənməyib. Buna səbəb RBI-nin Avstriyanın Strabag tikinti qrupunun təxminən 2 milyard avro dəyərində səhmlərinin sərbəst buraxılması tələbi olub.
FPÖ-nin xarici siyasət sözçüsü Susanne Fürst APA xəbər agentliyinə bildirib ki, “hökumət Brüsselin sanksiya dəliliyinə neytrallıq və rifahı qurban verir”.
Fürst vurğulayıb ki, ABŞ diplomatiyaya arxalansa da, Aİ Avstriyanın dəstəyi ilə qitəni daha da dərin böhrana sürükləyir.
Bundan əvvəl EUObserver xəbər vermişdi ki, Macarıstan və Slovakiya Rusiyaya qarşı yeni sanksiyaları təxirə sala bilər.
Daha əvvəl bildirilmişdi ki, Aİ casusluqda şübhələndiyinə görə rusiyalı diplomatların səfərini məhdudlaşdıracaq.
Nigar
08:55 / 25 May 2026
50
08:45 / 25 May 2026
48
08:43 / 25 May 2026
45
08:25 / 25 May 2026
232
08:20 / 25 May 2026
53
00:05 / 25 May 2026
208
00:01 / 25 May 2026
343
00:01 / 25 May 2026
1695
23:58 / 24 May 2026
357
23:36 / 24 May 2026
564
23:32 / 24 May 2026
1098
23:23 / 24 May 2026
228
23:13 / 24 May 2026
299
23:13 / 24 May 2026
863
23:03 / 24 May 2026
350
22:43 / 24 May 2026
131
22:18 / 24 May 2026
137
22:04 / 24 May 2026
544
21:40 / 24 May 2026
208
21:39 / 24 May 2026
1725
21:30 / 24 May 2026
216
20:41 / 24 May 2026
173
20:19 / 24 May 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.