İsrail bu ölkəni BOMBALADI
26 May 2026, 18:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
550
02.10.2025, 12:11
ABŞ prezidenti Donald Trampın təqdim etdiyi Qəzza sülh planını müzakirə edən fələstinli qruplar bəzi müddəaların icrasından narahat olduqlarını bildirirlər.
Oxu24.com Al Hadath televiziyasına istinadən xəbər verir ki, radikal HƏMAS hərəkatı Fələstinli qruplaşmalar və vasitəçilər ilə Amerika planının müzakirələrini davam etdirir.
Bildirilir ki, müzakirələrdə iştirak edən fələstinli qruplar “Tramp planının müəyyən bəndlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını bildirirlər”.
Konkret olaraq, fraksiyaların nümayəndələri “İsrail qüvvələrinin Qəzza zolağından çıxarılması üçün vaxt cədvəli”ndə israrlıdırlar.
Əl Hadath əlavə edir ki, fələstinlilər anklavda “Livan təcrübəsinin təkrarlanmasından” qorxur və “Qəzzada hərbi əməliyyatların dayandırılmasına dair aydın təminat” istəyirlər.
Bundan başqa, eyni mənbələrdən verilən açıqlamalara görə, Fələstin fraksiyalarının nümayəndələri iddia edirlər ki, onların nəzərdən keçirilməsi üçün təklif olunan Tramp planı “ərəb liderlərinə təqdim olunan təkliflərdən fərqlənir”.
Sentyabrın 29-da Ağ Ev ABŞ prezidentinin Qəzza zolağında nizamlanmaya dair “hərtərəfli planını” açıqlayıb.
Bu sənəd 20 müddəadan ibarətdir.
O, digər məsələlərlə yanaşı, Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini və orada beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini tələb edir.
İsrail planla razılaşdığını açıqladı. Sentyabrın 30-da Tramp ABŞ-ın HƏMAS-a təklifləri nəzərdən keçirmək üçün 3-4 gün vaxt verməyə hazır olduğunu açıqladı.
Nigar
19:29 / 26 May 2026
1
19:25 / 26 May 2026
46
19:10 / 26 May 2026
94
19:06 / 26 May 2026
79
18:59 / 26 May 2026
70
18:58 / 26 May 2026
60
18:53 / 26 May 2026
35
18:50 / 26 May 2026
49
18:46 / 26 May 2026
66
18:45 / 26 May 2026
49
18:41 / 26 May 2026
44
18:35 / 26 May 2026
51
18:25 / 26 May 2026
148
18:17 / 26 May 2026
54
18:16 / 26 May 2026
92
18:16 / 26 May 2026
215
17:58 / 26 May 2026
73
17:52 / 26 May 2026
620
17:43 / 26 May 2026
116
17:41 / 26 May 2026
886
17:37 / 26 May 2026
77
17:36 / 26 May 2026
88
17:07 / 26 May 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.