Danışıqlar davam edir, amma İsrailin öz planları var
27 May 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
651
24.09.2025, 16:44
1929-cu ilin dekabrında Macarıstanın Szolnok şəhərində məhkəmə zalında ölkəni sarsıdan hadisə üzrə dinləmələr başlayıb. Məhkəmə qarşısında 26 qadın dayanıb. Onların hamısı Budapeştdən 130 km uzaqlıqda yerləşən Nagyrev kəndinin sakinləri idi və ərlərini məqsədli şəkildə zəhərləməkdə ittiham olunurdu.
O dövrün "New York Times" qəzetində dərc edilən məlumatlara görə, 1911-1929-cu illər arasında 50-dən çox kişi öldürülmüşdü. Bəzi mənbələr isə ümumi qurbanların sayının 300 nəfərə qədər yüksəldiyini iddia edirdi.
Bu işdə ən çox adı çəkilən isə kəndin məşhur "mama"sı Zsuzsanna Fazekas idi. Həkim və ya ruhaninin olmadığı bölgədə tibb biliklərinə sahib olan Fazekas qadınların güvəndiyi birinə çevrilmişdi. Onun zəhər hazırlama üsulu sadə idi.

Kənddə evliliklər adətən çox gənc qadınlar və yaşlı kişilər arasında qurulurdu. Boşanma mümkün deyildi. Qadınlar şiddət, zorakılıq və xəyanətlə üzləşirdilər. Fazekas şikayət edən qadınlara "həll" olaraq zəhəri təklif edirdi.
Məhkəmə və cəzalar
1929-cu ildə başlayan məhkəmə prosesində 26 qadından 8-i edama, 7-si isə ömürlük həbsə məhkum edildi. Digərləri də müxtəlif müddətli həbs cəzaları aldı. Cinayətləri etiraf edənlər az idi, motivlər isə tam açıqlanmayıb. Kimisi yoxsulluğu, kimisi acgözlülüyü, bəziləri isə hətta can sıxıntısını səbəb göstərirdi.
Bəzi iddialara görə, Birinci Dünya Müharibəsi zamanı kişilər cəbhədə olarkən qadınlar kəndə gətirilən rus əsirləri ilə münasibət qurmuş, sonra ərləri geri döndükdə azadlıqlarını itirmək istəməyərək onları aradan götürməyə qərar vermişdilər.
Kütləvi zəhərləmələr yalnız Nagyrevdə deyil, yaxınlıqdakı kəndlərdə də araşdırılıb. Bu hadisələr Avstriya-Macarıstan imperiyasının dağılma dövründə baş vermiş və bütün bölgədə yüzlərlə kişinin müəmmalı ölümü ilə nəticələnmişdi.
15:54 / 27 May 2026
1
15:30 / 27 May 2026
42
15:24 / 27 May 2026
51
15:19 / 27 May 2026
62
15:13 / 27 May 2026
51
15:10 / 27 May 2026
55
15:01 / 27 May 2026
113
14:38 / 27 May 2026
188
14:25 / 27 May 2026
166
14:22 / 27 May 2026
76
14:11 / 27 May 2026
643
14:03 / 27 May 2026
504
13:50 / 27 May 2026
73
13:40 / 27 May 2026
86
13:30 / 27 May 2026
60
13:15 / 27 May 2026
75
13:10 / 27 May 2026
80
13:01 / 27 May 2026
99
12:58 / 27 May 2026
344
12:50 / 27 May 2026
199
12:46 / 27 May 2026
193
12:25 / 27 May 2026
84
12:10 / 27 May 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.