Qaynar xətt:

(+99450) 247 90 86

Orbandan Polşaya dəstək 

2025/02/19/1739975521_270123-macaristan-bas-naziri-viktor-orban.jpg

DÜNYA

510

10.09.2025, 15:25

Macarıstanın baş naziri Viktor Orban bir neçə PUA-nın ölkənin hava məkanını pozmasından sonra Polşa ilə həmrəy olduğunu bildirib.

Oxu24.com  xəbər  verir   ki, X sosial şəbəkəsindəki səhifəsində o, Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa çağırıb.

"Macarıstan son dron insidentindən sonra Polşa ilə tam həmrəydir. Polşanın ərazi bütövlüyünün pozulması yolverilməzdir. Bu hadisə sübut edir ki, bizim Rusiya və Ukrayna arasında müharibədə sülhə çağırış siyasətimiz ağlabatan və rasionaldır", - Orban yazıb.

Onun sözlərinə görə, münaqişənin kölgəsində yaşamaq “risk və təhlükələrlə” doludur. Siyasətçi buna son qoymağa çağırıb və vurğulayıb ki, Budapeşt prezident Donald Trampın sülhə nail olmaq üçün sülhsevər səylərini alqışlayır.

Polşa bir gecədə öz ərazisində ən azı 23 pilotsuz uçan aparatı vurub. Baş nazir Donald Tusk insidentdə Rusiyanı günahlandırıb və NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq müttəfiqlərlə məsləhətləşmələr tələb edib. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bildirib ki, guya Rusiya Polşaya pilotsuz təyyarələr göndərib və Vladimir Zelenski də bunu deyib.

Belarus PUA-ların elektron müharibə nəticəsində itdiyini bildirib. Minsk bu barədə məlumatı dərhal Varşavaya ötürüb və bu, pilotsuz təyyarələrin məhv edilməsinə imkan verib. Qərb ölkələri və Ukrayna anti-Rusiya sanksiyalarını artırmağa çağırır. Donald Tramp şərh verməkdən imtina edib. 

Nigar