Qaynar xətt:

(+99450) 247 90 86

İstefa xəbəri təkzib edildi

news/2025_09_09/nepal_pr_1757423546.jpg

DÜNYA

469

09.09.2025, 17:10

Nepal prezidenti Ram Çandra Paudelin ofisi onun istefası ilə bağlı xəbərləri təkzib edib.

Oxu24.com  xəbər  verir   ki,   bu  barədə  India Today telekanalı  məlumat yayıb.

“Nepal prezidenti Ram Çandra Paudel zorakı etirazlar fonunda istefaya getməsi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, vəzifəsindən istefa verməyib”, - məlumatda deyilir.

“Xəbərhub” portalı yazıb ki, etirazçılar prezident Ram Çandra Paudeli iqamətgahına daxil olduqdan sonra Nepal ordusu helikopterlə onu təxliyə edib.

Bundan bir qədər əvvəl Nepalın baş naziri Şarma Olinin istefa verdiyi xəbəri yayılmışdı.

Sentyabrın 9-da Katmanduda Nepal parlamenti qarşısında etirazçılar hökumətin istefasını tələb ediblər.

Vətəndaşların narazılığının ilkin səbəbi sentyabrın 4-də bir sıra sosial şəbəkələrdə, o cümlədən Facebook, Instagram, WhatsApp (Meta korporasiyasına məxsusdur tətbiq edilən məhdudiyyətlər olub. Sentyabrın 9-da ölkə hakimiyyəti bu məhdudiyyətləri aradan qaldırıb.

Nepalda daha əvvəl etirazçılar reperi baş nazir görmək istəyirdilər.

Nigar