Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada benzin böhranı: Qiymət rekord həddə çatdı 

2024/09/04/1725435371_1543296527_1543292576_benzin-1.jpg

DÜNYA

523

09.09.2025, 10:57

Rusiyanın bir sıra vilayətlərində benzin bahalaşıb.

Xabarovsk vilayətinin  iki rayonunda benzin dörd gündən sonra rekord qiymətə satılır.

Oxu24.com  xəbər  verir    ki, bu barədə Amur Mash Telegram kanalı məlumat yayıb.

Qeyd olunur ki, benzin qıtlığı  bahalaşmaya səbəb olub.

Avqustun 20-də Primorye sakinləri bildiriblər ki, əsrin əvvəlindən bəri ilk dəfə olaraq regionda benzinlə bağlı ciddi problemlərlə üzləşiblər.

Regional hökumət yanacaq çatışmazlığını dənizə istirahətə gedən turistlərin yaratdığı tələbatın artması ilə izah edib. Hakimiyyət iddia edir ki, bölgədəki bütün neft anbarlarında 4-7 günlük yanacaq ehtiyatı var. Rəsmilərin dediyinə görə, əsas problem benzinin yanacaqdoldurma məntəqələrinə çatdırılmasıdır, çünki benzin çatdırıla biləcəyindən tez qurtarır. Yolun bir hissəsində hərəkətin artması və təmir işləri ilə əlaqədar yanacağın çatdırılma müddəti 3-6 saata qədər artıb.

Nigar