Qaynar xətt:

(+99450) 247 90 86

Macarıstan Ukraynanın Aİ-yə daxil olması ilə bağlı mövqeyini açıqlayıb

news/2025_09_05/owl_detail_620_dfd3f812c56604d6b876cb58cfdfa386_1757098018.jpg

DÜNYA

513

05.09.2025, 22:44

Macarıstan Rusiyanın mövqeyinə baxmayaraq, hələ də Ukraynanın Avropa Birliyinə (Aİ) qoşulmasını dəstəkləmir.

Oxu24.com    xəbər  verir   ki, bu barədə Macarıstanın Xarici İşlər (XİN) və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto özünün Facebook səhifəsində  məlumat verib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanın etirazını bildirmədiyi təqdirdə Budapeştin Kiyevin Avropa İttifaqına qoşulmasını dəstəkləməkdən imtinasını anlaşılmaz adlandırdığı çıxışına münasibət bildirib.

"Yaxşı, prezident Zelenski yenə özü ilə mühakimə edir. Ondan fərqli olaraq, bizim mövqeyimiz kənardan müəyyən edilmir. Bizə Moskvanın Ukraynanın Aİ-yə üzvlüyü barədə nə düşündüyü maraqlı deyil. Bizi macarların fikri maraqlandırır və onlar da öz fikirlərini bildiriblər: Ukraynanın Aİ-nin üzvü olmasını istəmirlər", - Macarıstan XİN rəhbəri yazıb.

Szijarto izah edib ki, macarlar ukraynalıların fermerləri, əmək bazarını və ölkənin təhlükəsizliyini məhv etməsini istəmirlər.

“Buna görə də prezident Zelenski ruslara güvənsə də, biz Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləməyəcəyik”, - deyə o, yekunlaşdırıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya heç vaxt Kiyevin Aİ-yə üzvlüyünə etiraz etməyib, lakin Moskva Ukraynanın NATO-ya daxil olmasından heç də razı deyil. Rusiya liderinin sözlərinə görə, Kiyevin alyansa üzv olması Rusiyanın maraqlarını nəzərə almadan Ukraynanın təhlükəsizliyi məsələsini həll etmək cəhdidir.

Nigar