Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ hava limanında iki sərnişin təyyarəsi toqquşub

news/2025_05_20/teyyare_endi_1747729169.jpg

DÜNYA

448

04.09.2025, 14:38

ABŞ-da iki United Airlines sərnişin təyyarəsi sərnişinlər reysə minərkən toqquşub.

Oxu24.com   xəbər  verir    ki, bu barədə The New York Post (NYP) məlumat yayıb.

Mənbənin məlumatına görə, hava hadisəsi sentyabrın 1-də yerli vaxtla saat 21:10 radələrində Kaliforniya ştatının San-Fransisko Beynəlxalq Hava Limanında baş verib.

Denverə uçan təyyarələrdən biri dayanacaqdan uzaqlaşaraq Bostona gedən qonşu təyyarənin quyruğuna çırpılıb.

Heç kim xəsarət almayıb. İnsanlar ehtiyat təyyarələrlə təyinat hava limanlarına çatdırılıb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) nəşrə bildirib ki, toqquşma aviadispetçerlərin uçuşlarla əlaqə saxlamadığı ərazidə baş verib. Hazırda FAA hadisənin səbəblərini araşdırır.

Bundan əvvəl ABŞ-ın Kolorado ştatında hava limanına eniş zamanı iki təyyarə havada toqquşaraq tamamilə yanıb. Hər təyyarənin göyərtəsində iki nəfər olub.

Nigar