Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
577
28.08.2025, 12:01
Financial Times (FT) mənbələrə istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri bir neçə min əsgəri olan ən azı səkkiz döyüş gəmisini Venesuela sahillərinə göndərib.
Oxu24.com xəbər verir ki, "ABŞ bölgəyə üç idarə olunan raket esminesi, bir amfibiya hücum gəmisi və bir idarə olunan raket kreyseri də daxil olmaqla ən azı yeddi gəmi göndərib. Bir mənbəyə görə, orada nüvə enerjisi ilə işləyən sürətli hücum sualtı qayığı da yerləşdirilib", - məqalədə deyilir.
Nəşrin mənbələrinə görə, iki esmines hazırda Venesuela sahillərində, üçüncüsü isə Panamanın cənubunda Sakit okeandadır. Bundan əlavə, ABŞ bölgəyə desant gəmisi və iki dəstək gəmisi ilə gələcək 4500 hərbçi göndərib.
Avqustun 21-də ABŞ prezidenti Donald Trampın administrasiyası narkotik ticarəti və cinayətkar kartellərlə mübarizə üçün Venesuela sahillərinə üç hərbi gəmi göndərib. Ola bilsin ki, məqsədlərdən biri quruda hərbi əməliyyat keçirmək ola bilər.
Bundan sonra məlum olub ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın mümkün işğalını dəf etmək üçün Kolumbiya ilə həmsərhəd bölgələrə qoşun yeridilməsini əmr edib.
Miri
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.