Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bu ölkənin hava limanı ballistik raketlə VURULDU

news/2025_08_27/hava_limani_isra_1756316773.jpg

DÜNYA

2861

27.08.2025, 21:44

Yəmənin Ənsar Allah hərəkatı (husilər) Təl-Əvivin Ben Qurion hava limanına ballistik raket zərbəsi endirdiyini açıqlayıb.

Oxu24.com  xəbər  verir   ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Hücumun Fələstin-2 hipersəs raketi ilə həyata keçirildiyi bildirilir.

“Raket qüvvələri işğal olunmuş Yaffa bölgəsində Lod hava limanına (Tel-Əvivdə Ben Qurion. – Gazeta.Ru) yüksək keyfiyyətli hərbi əməliyyat keçirib”, - deyə hərəkatın nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı məqsədə nail olunub və nəticədə aeroport fəaliyyətini dayandırıb.

Husilərin obyektə əvvəlki hücumu avqustun 18-də bildirilmişdi. Bundan sonra hava limanı da fəaliyyətini dayandırıb.

Avqustun 12-də Al Masirah telekanalı hərəkatın qüvvələrinin İsraildəki “strateji obyektlərə” hücum etdiyini bildirib. Altı pilotsuz təyyarə Hayfa, Negev, Eylat və Beersheba bölgələrində İsrailin dörd strateji hədəfinə zərbələr endirib. Bütün hədəflərin uğurla vurulduğu bildirilir.

Husilər bundan əvvəl İsrailin Ben Qurion hava limanına iki dəfə hücum etmişdilər.

Miri