Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyənin müdafiə şirkətinin top menecerləri həbs edilib

2025/01/25/1737757384_turkiye_bayragi.jpg

DÜNYA

442

27.08.2025, 21:31

İstanbul Respublika Prokurorluğu hərbi casusluqla bağlı davam edən istintaq çərçivəsində Assan Savunma Müdafiə Təşkilatının İdarə Heyətinin sədri Emin Öner və baş direktoru Gürcan Okumuş haqqında həbs qərarı çıxarıb.

Oxu24.com  Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar FETÖ terror təşkilatında iştirak və hərbi casusluqda ittiham olunublar. Onların evlərində və ofislərində axtarış aparılıb.

Eyni zamanda, Assan Group brendi altında fəaliyyət göstərən 10 şirkətə müvəqqəti menecer təyin edilib.

İstintaq çoxşaxəli formatda aparılır.

Miri