Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Çinə qarşı koalisiya yaradır

news/2025_08_27/885394_src_1756281242.jpg

DÜNYA

468

27.08.2025, 11:52

Financial Times mənbələrə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin Müdafiə İnnovasiyaları Bölməsi (DIU) texnoloji əməkdaşlığı gücləndirmək və Çini nəzarət altına almaq üçün onlarla müttəfiq ölkəyə nümayəndələr göndərməyi planlaşdırır.

Oxu24.com  xəbər  verir     ki,  "ABŞ ordusu tərəfindən yeni kommersiya texnologiyalarının mənimsənilməsinin stimullaşdırılmasına cavabdeh olan Pentaqonun bölməsi onlarla müttəfiq ölkəyə nümayəndələr göndərməyə hazırlaşır, çünki Vaşinqton Çinin hərbi güclənməsinə təkbaşına müqavimət göstərməyə çalışır", - nəşr yazır.

Mənbələrə görə, DIU bu il pilotsuz sistemlər üzrə əməkdaşlığı artırmaq və texnologiya sektoru ilə daha sıx əlaqələr qurmaq üçün Tayvana nümayəndə göndərməyi planlaşdırır. Yaponiya ilə də oxşar addımların atılacağı gözlənilir.

DIU sözçüsü departamentin Hind-Sakit Okean, Avropa və Yaxın Şərqdəki müttəfiqləri və tərəfdaşları ilə əlaqələri gücləndirməyə ümid etdiyini  bildirib.

Nəşr qeyd edir ki, hazırda DIU-nun daimi fəaliyyət göstərdiyi yeganə ölkə Böyük Britaniyadır.

Miri