Qaynar xətt:

(+99450) 247 90 86

Danimarka ABŞ arasında QALMAQAL 

news/2025_08_27/danimarka_1756280087.jpg

DÜNYA

470

27.08.2025, 11:31

Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen ABŞ-ın müvəqqəti işlər vəkilini Vaşinqtonun Qrenlandiyada “təsir kampaniyası” aparması ilə bağlı yayılan xəbərlər fonunda nazirliyə  çağırıb.

Oxu24.com  xəbər  verir    ki,  bu barədə Danimarkanın DR telekanalı məlumat yayıb.

Medianın  yazdığına  görə,ABŞ prezidenti Donald Trampa yaxın olan amerikalılar ada ilə Danimarka arasında nifaq salmaq üçün Qrenlandiya cəmiyyəti daxilində gizli iş aparır, adanı Amerika dövlətinə birləşdirmək imkanı yaratmaq üçün ABŞ-a dost və mənfi münasibət bəsləyən qrenlandiyalılar haqqında məlumat toplayırlar.

Rasmussen Danimarkanın daxili işlərinə hər hansı müdaxilə cəhdinin qəbuledilməz olacağını vurğulayıb. 

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Onun sözlərinə görə, o, həm də Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb. ABŞ prezidentinə niyə yeni ərazilər lazım olduğu Gazeta.Ru-nun məqaləsindədir.

Nigar