Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya erməni məhsullarına  qadağa QOYUB?-AÇIQLAMA 

news/2025_08_25/shutterstock_761865583_pic_32ratio_900x600_900x600_42528_1756109059.jpg

DÜNYA

486

25.08.2025, 12:01

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan parlamentinin müxalifətdəki “Ermənistan”  fraksiyasından olan deputatı Qarnik Danielyanın Rusiyaya gedən erməni meyvələri olan yüzlərlə yük maşınının Gürcüstanla sərhəddə guya geri qaytarıldığı barədə məlumatını təkzib edib.

Oxu24.com   xəbər  verir    ki,bu barədə Popyan özünün Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, avqust ayında Ermənistan meyvə-tərəvəzləri daşıyan 762 yük maşını Rusiyaya daxil olub, Gürcüstandan isə cəmi 4-ü geri dönüb. Danielyana müraciət edən Popyan deyib ki, “yalan danışmaq yaxşı deyil”.

Avqustun 24-də deputat Qarnik Danielyan bildirib ki, Gürcüstan üzərindən Rusiyaya gedən kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə erməni yük maşını getdiyi ölkəyə qayıdır. Onun sözlərinə görə, Gürcüstan-Rusiya sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsində gavalı, şaftalı və üzüm daşıyan yük maşınları geri qaytarılıb.

Siyasətçi qeyd edib ki, bu vəziyyətə görə fermerlər böyük itkilərə məruz qalırlar. Danielyan əlavə edib ki, digər mallar, məsələn, tikinti materialları olan yük maşınları da Rusiyaya girişdə hərtərəfli yoxlanıldığı üçün çətinliklərlə üzləşirlər.

Bundan əvvəl Rusiya Ermənistana qaz nəqlini dayandırmışdı.

Miri