Qaynar xətt:

(+99450) 247 90 86

Əl-Cəzirə: Tramp Venesuelaya hərbi gəmilər göndərməyi planlaşdırır

news/2025_08_22/abs_gemi_1755855127.jpg

DÜNYA

483

22.08.2025, 13:30

ABŞ gəmiləri avqustun 24-dək Venesuela sahillərinə çata bilər.

Oxu24.com   xəbər  verir    ki,  bu  barədə   Əl-Cəzirə   məlumat  yayıb.

ABŞ prezidenti Donald Trampın narkotik ticarəti və cinayətkar kartellərlə mübarizə əməliyyatı çərçivəsində ora üç gəmi gələcək.

"San Antonio, Iwo Jima və Fort Lauderdale təyyarədaşıyan gəmiləri Venesuela sahillərinə doğru hərəkət edir və 2200 dəniz piyadası da daxil olmaqla 4500 ABŞ əsgərini daşıyır" ,-deyə məlumatda bildirilir.

Eskadranın konkret missiyası hələ ki, məlum deyil. Telekanalın iddia etdiyi kimi, məqsədlərdən biri ABŞ-ın milli təhlükəsizliyinə “narkoterror” təşkilatlardan gələn təhdidləri aradan qaldırmaq ola bilər.

Avqustun 16-da amerikalı müşahidəçilər Pentaqonun antikartel əməliyyatı üçün Latın Amerikası sularına dörd mindən çox dəniz piyadası və dənizçi göndərmək planlarını açıqladılar.

Nigar