Qaynar xətt:

(+99450) 247 90 86

Çin Ukraynanın təhlükəsizliyinin təminatçısı olmaq perspektivlərini dəyərləndirib

2025/02/18/1739868163_cina.jpg

DÜNYA

464

22.08.2025, 11:52

Rusiyanın belə bir ehtimalla bağlı bəyanatlarına baxmayaraq, Çin çətin ki, Ukraynanın təhlükəsizliyinin təminatçılarından birinə çevrilsin.

Oxu24.com  xəbər  verir    ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti çinli ekspertlərin rəylərinə istinadən məlumat yayıb.

Çinin Horizon Insights Mərkəzinin direktoru Zhu Junwei hesab edir ki, Pekin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin gələcək müzakirələrində əhəmiyyətli rol oynamayacaq.

O, diqqəti Rusiya tərəfinin hansı zəmanətlərdən danışdığının ümumiyyətlə aydın olmadığına yönəldib. Zhu Junwei etiraf edib ki, Çin BMT mexanizmləri çərçivəsində təhlükəsizlik tədbirlərini müzakirə etməyə hazır olacaq, lakin "hazırda belə iştirak əlaməti yoxdur".

Öz növbəsində, Tsinxua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin əməkdaşı Sonq Bo belə bir fikir bildirib ki, ÇXR “ən yaxşı halda” diplomatik və ya siyasi bəyannamələr şəklində qarant və ya şahid qismində çıxış edəcək, lakin təhlükəsizliyin təminatçısı olmayacaq.

Daha əvvəl Axios portalı mənbəyə istinadən xəbər vermişdi ki, Rusiya prezidenti Vladimir Putin Alyaskada Amerika lideri Donald Trampla danışıqları zamanı Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu bəyan edib və onlardan biri kimi Çini qeyd edib.

Ukrayna prezidenti Vladimir Zelenski buna cavab olaraq bildirib ki, o, Çinin Kiyevin təhlükəsizlik qarantları sırasına daxil edilməsinin əleyhinədir, çünki Pekin Rusiyanı dəstəkləyir. Onun sözlərinə görə, xüsusilə Çin “dron bazarını açmaqla” Rusiyaya kömək edib.

Çin daha əvvəl Ukrayna böhranının həllinə öz töhfəsini verəcəyini bəyan etmişdi.

Nigar