Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Ukraynadakı münaqişəni həll etmək üçün “yeni cavablar” axtarmağa başlayıb

2025/01/21/1737411495_zelenski-tramp.jpg

DÜNYA

477

22.08.2025, 11:38

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində çıxılmaz vəziyyətdədir, Vaşinqton “yeni cavablar axtarır”.

Oxu24.com     xəbər  verir    ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti yazır.

"Necə ki, Trampın Ukraynada sülhə nail olmaq səyləri dörd gün ərzində dalana dirənib. Son zamanlar nikbinlik səngiyib və Tramp yeni cavablar axtarır", - nəşr yazır.

Qeyd olunur ki, avqustun 22-i cümə gününə olan məlumata görə, Amerika və Avropa rəsmiləri Ukrayna üçün təhlükəsizlik təminatları çərçivəsində hələ də sülhməramlı qüvvələrin tərkibi ilə bağlı danışıqlar aparırlar.

Reuters mənbələrə istinadən xəbər verir ki, Rusiya Ukraynadan Donbasdan tamamilə imtina etməyi tələb edir.

Kiyev bu şərti qəbul etməsə, Rusiyanın xüsusi əməliyyatı davam edəcək. Və tərəflər razılığa gələ bilsələr, sazişi ABŞ-ın iştirakı ilə üçtərəfli sövdələşmə formasında qeyd edə və ya 2022-ci il İstanbul müqaviləsi formatına qayıda bilərlər.

Kiyev münaqişəyə son qoymaq üçün Qərbdən təhlükəsizlik zəmanəti tələb edir və mümkün variantlar artıq hazırlanıb. Onların arasında ABŞ-ın rəhbərlik etdiyi Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi də var, lakin Moskva qonşu ölkədə NATO ölkələrinin kontingentinin peyda olmasının əleyhinədir.

Daha əvvəl Qərb Ukraynanın təhlükəsizliyinə dair ABŞ-Rusiya danışıqlarının niyə pozulduğunu açıqlamışdı.

Miri