Qaynar xətt:

(+99450) 247 90 86

NATO ölkələri Türkiyədə toplanacaq 

news/2025_04_10/nato_fff_1744272891.jpg

DÜNYA

485

21.08.2025, 12:28

NATO-nun baş katibi Mark Rutte 2026-cı il NATO sammitinin 7-8 iyul tarixlərində Ankarada keçiriləcəyini açıqlayıb.

oxu24.com  xəbər  verir    ki, bu barədə qurumun qərargahının mətbuat xidməti məlumat yayıb.

"Bu mühüm toplantıya ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür etmək istəyirəm. Türkiyə 70 ildən artıqdır ki, NATO-nun sadiq müttəfiqi olub, ümumi təhlükəsizliyimizə əvəzsiz töhfə verib.

Növbəti sammitimizdə liderlər NATO-nun daha güclü, daha ədalətli və effektiv alyans olması, təhlükəsizliyimiz üçün kritik çağırışlara cavab verməyə hazır olması üçün fəaliyyətini davam etdirəcək”, - alyansın baş katibi bildirib.

Türkiyə sonuncu dəfə 2004-cü ildə İstanbulda NATO sammitinə ev sahibliyi edib.

Miri