Qaynar xətt:

(+99450) 247 90 86

"Microsoft" un ofisi önündə mitinq 

news/2025_08_21/883565_src_1755763616.jpeg

DÜNYA

521

21.08.2025, 12:04

Amerikanın “Microsoft” texnologiya şirkətinin mənzil-qərargahı qarşısında etiraz aksiyaları İsrail ordusu tərəfindən fələstinliləri kütləvi şəkildə izləməsi ilə bağlı iddialara görə alovlanıb, 18 nəfər saxlanılıb.

Oxu24.com  bu  barədə   Associated Press-ə istinadən   xəbər verir.

“Polis çərşənbə günü Microsoft-un mənzil-qərargahı qarşısında keçirilən etiraz aksiyaları zamanı 18 nəfəri həbs edib və şirkət İsrail ordusunun Qəzza zolağında davam edən müharibə zamanı texnologiyasından istifadə etməsi ilə bağlı “təcili” araşdırma aparacağını vəd edib”, - agentlik qeyd edir.

AP əlavə edir ki, Microsoft-un Redmonddakı qərargahı qarşısında etirazlar iki gündür davam edir və iştirakçılar İsrail Müdafiə Qüvvələri (IDF) ilə bütün işgüzar əlaqələrin dərhal dayandırılmasını tələb edirlər.

Microsoft, araşdırmanın nəticələrini Covington & Burling hüquq firması tərəfindən tamamlandıqdan sonra dərc edəcəyinə söz verib.

“The Guardian” daha əvvəl yazıb ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında hərbi əməliyyatlar zamanı Microsoft ilə sıx əməkdaşlıq edib.

Nəşr qeyd edib ki, “Azure” bulud platforması İsrail qüvvələri tərəfindən döyüş və kəşfiyyat əməliyyatlarını dəstəkləmək üçün geniş şəkildə istifadə edilib.

Qəzetin yazdığına görə, “Microsoft” rabitə sistemləri İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbələr üçün potensial hədəflərin məlumat bazalarını saxlamaq üçün istifadə edilib.

Daha sonra The Guardian xəbər verir ki, Azure platforması Fələstinlilərin telefon qeydlərinin böyük məlumat bazasını saxlamaq üçün istifadə edilib.

Miri