Qaynar xətt:

(+99450) 247 90 86

İrandan gedənlər faciə yaşadı: 78 nəfər öldü 

news/2025_08_20/avtobus_efs_1755685103.webp

DÜNYA

1007

20.08.2025, 14:11

Əfqanıstanın qərbindəki Herat vilayətində ötən gecə baş verən qəzada paytaxt Kabilə doğru hərəkət edən avtobus, yük maşını və motosiklet toqquşub.

Oxu24.com xəbər  verir  ki, qəza nəticəsində 78 nəfər, o cümlədən 17 uşaq həlak olub. Avtobusda olan sərnişinlərin İrandan deportasiya olunmuş əfqan miqrantlar olduğu bildirilib.

Heratın Mədəniyyət direktoru Əhmədullah Möttəki bildirib ki, avtobusda olan hər kəs həlak olub. 

İran son həftələrdə qeyri-qanuni əfqan miqrantları deportasiya etmək üçün əməliyyatlarını gücləndirib və yanvar ayından bu yana 1,5 milyon əfqan İranı tərk edib.

İran ölkədəki qeyri-qanuni əfqan miqrantlara könüllü olaraq tərk etmələri üçün iyul ayına qədər vaxt vermişdi.

Milyonlarla əfqan 1970-ci illərdən bəri İran və Pakistana köçüb.

Nigar