Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ müttəfiqi Rusiya qazının alışını kəskin şəkildə artırır

news/2025_07_16/qazmo_1752660310.jpg

DÜNYA

488

20.08.2025, 12:45

Yaponiya Rusiya qazının alışını kəskin şəkildə artırıb.

Oxu24.com  xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Məlum olub ki, 2025-ci ilin iyul ayında Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 372 faiz artıb.

Bundan əlavə, Rusiyadan kömür tədarükü 286 faiz artıb.

Yaponiya Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin iyununda bu ölkə Tokionun 2023-cü ilin fevralından bu enerji mənbəyini Rusiyadan almaqdan imtina etməsinə baxmayaraq, 25,3 milyon dollara Rusiya nefti idxal edib.İlin birinci yarısında Rusiya LNG-nin idxalı 3,3 faiz, kömür isə 12,3 faiz azalıb.

İyunun əvvəlində məlum olub ki, Yaponiyanın neft emalı şirkəti Taiyo Oil sanksiyalara məruz qalan tankerlə Rusiyadan neft alıb. Söhbət Saxalin adasının cənubundakı Priqorodnoye terminalından gətirilən 600 min barelin alınmasından gedir.

Nigar