Qaynar xətt:

(+99450) 247 90 86

Tramp məzuniyyətə getmək istəmir  

news/2025_08_06/tramp_abs_1754463062.jpg

DÜNYA

491

20.08.2025, 11:58

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə intensivləşdirilmiş danışıqlara şəxsən nəzarət etmək istədiyi üçün məzuniyyətdən imtina edib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə  Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib.

Bu barədə  The Hill  yazır.

Leavitt bildirib  ki, Tramp Nyu-Cersidəki qolf klubunda olarkən danışıqları davam etdirməyi düşünüb.O, Ağ Evdə qalmağa qərar verib.

"O, missiyası olan bir adamdır. O, hərəkət etmək istəyir. Tez nəticə əldə etmək istəyir. Dəmir isti olanda vurmaq istəyir", - Leavitt əlavə edib.

The Hill qeyd edir ki, ABŞ prezidentləri adətən Konqres tətilə çıxanda avqust ayında məzuniyyətə çıxırlar.

Tramp avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bir neçə gün sonra, bazar ertəsi ABŞ prezidenti Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa liderlərini qəbul edib. Danışıqlardan sonra Tramp Putin və Zelenski arasında onun iştirakı ilə üçtərəfli görüşün ardınca keçiriləcək ikitərəfli görüşünə hazırlıqlara başladığını açıqlayıb.

Miri