Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Trampla görüşə yollandı 

news/2025_08_18/zelk2_1755492777.jpg

DÜNYA

431

18.08.2025, 08:58

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.

Oxu24.com  xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.

Xatırladaq ki, avqustun 18-də Zelenski Trampla hərbi münaqişənin həllininin mümkün variantlarını müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Vaşinqtona gələcək.

Trampın öncə Ukrayna lideri Zelenski ilə təkbətək danışıqlar aparacağı gözlənilir.