Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
471
12.08.2025, 13:55
Avropa ölkələrinin liderləri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsi ilə bağlı gözlənilən danışıqlar fonunda Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olduqlarını bəyan ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəsmi press-relizində deyilir.
Bildirilir ki, ABŞ və digər tərəfdaşlarla birlikdə Aİ Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcək.
“Aİ həmçinin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri dəstəkləməyə və tətbiq etməyə davam edəcək”, - sənəddə deyilir.
Avqustun 15-də Tramp və Rusiya prezidenti Vladimir Putin Alyaskada danışıqlar aparacaq. Danışıqların əsas mövzusu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.
Həmçinin oxuyun
İyulun 22-də Lavrov NATO liderlərinin və Avropa rəsmilərinin anti-Rusiya bəyanatlarını həyəcanverici siqnal adlandırıb. Nazirin sözlərinə görə, Almaniyanın müdafiə naziri Boris Pistoriusun hədələdiyi “istənilən müdaxilələr”, xüsusən Kalininqrad vilayətinə hücuma hazır olması barədə bəyanatlar, bütün bunlar Avropada hansı planların “dəmləndiyi” barədə çox həyəcanverici siqnal verir.
Bundan əvvəl Kreml Avropa İttifaqının siyasi təsirini itirdiyini bildirib.
Nigar
17:43 / 13 Dekabr 2025
63
17:09 / 13 Dekabr 2025
33
16:55 / 13 Dekabr 2025
128
15:58 / 13 Dekabr 2025
58
15:47 / 13 Dekabr 2025
58
15:39 / 13 Dekabr 2025
72
15:08 / 13 Dekabr 2025
1880
14:50 / 13 Dekabr 2025
71
14:38 / 13 Dekabr 2025
105
14:28 / 13 Dekabr 2025
93
14:22 / 13 Dekabr 2025
85
14:12 / 13 Dekabr 2025
271
13:14 / 13 Dekabr 2025
1463
13:07 / 13 Dekabr 2025
937
12:58 / 13 Dekabr 2025
702
12:16 / 13 Dekabr 2025
1177
12:08 / 13 Dekabr 2025
135
11:44 / 13 Dekabr 2025
90
11:30 / 13 Dekabr 2025
112
11:09 / 13 Dekabr 2025
982
11:07 / 13 Dekabr 2025
443
10:25 / 13 Dekabr 2025
1188
09:15 / 13 Dekabr 2025
911
09:06 / 13 Dekabr 2025
1092
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.