Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
707
11.08.2025, 20:57
Vaşinqtonda Azərbaycanla Ermənistan arasındakı tarixi razılaşmaya, Zəngəzur dəhlizi ilə bağlı anlaşmaya dünyanın aparıcı ölkələrindən müsbət reaksiya gəlsə də, bir tək İran “xeyir söyləməz” çıxdı.
Ali rəhbərin müşaviri Əli Əkbər Vilayəti dedi ki, bəs, Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaq və buna ya Rusiya ilə birlikdə, ya da təkbaşına mane olacaq.
Buna hidrometeotologiya sahəsində cənub küləyi deyirlər.
Adama deyərlər ki, sən bir öz daxilindəki problemləri, təhlükəsizlik məsələlərini həll elə, sonra başını başlara qatarsan.
Bir maraqlanın görün, necə oldu ki, iki ay əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerini başda olmaqla, bir sıra yüksəksəviyyəli hərbi məmurlar, eləcə də 6 nüvə alimi yatdığı yerdə öldürüldü?
Necə olur ki, “Mossad” hələ uzun müddət əvvəl paytaxt Tehran yaxınlığında pilotsuz uçuş aparatlarının buraxılması üçün gizli baza yaratdılar?
Bunu araşdırmaq əvəzinə durub deyirlər ki, “Bu dəhliz Trampa məxsus tranzit marşrutu yox, onun muzdluları üçün qəbiristanlığa çevriləcək”.
Komedixana!
Maraqlıdır, görəsən, nə edəcəklər? Mollaları “Dəhliz duası” yazacaq?..
Ona görə komedixana deyirəm ki, iyunda ABŞ lideri Donald Trampın “Biz Ali liderin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir” deməsindən sonra İranda tez-bazar Əli Xameneinin varisini müəyyən edəcək komissiya işini sürətləndirmiş, hətta iki namizədin - 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsənin üzərində dayanmışdı.
Əli Xameneini isə harada gizlənmişdi, bir Allah bilir, bir də ABŞ...
12 günlük münaqişənin sonunda da Tramp çıxıb dedi ki, “İranın Ali dini liderini biabırçı ölümdən xilas etdim”.
Həmçinin oxuyun
Ümumiyyətlə, son illərdəki qarşıdurmalarda İran nəinki qələbə, heç heç-heçə üzü də görməyib. Əksinə, daha da rəzil duruma düşüb.
Siyasətdə heç bir ciddi imici olmayan molla rejiminin aqibəti budur.
Hələ ABŞ-nin Qətərdəki hərbi bazasına raket hücumu da həyata keçirdilər. Bunu qələbə kimi qələmə verəndə Tramp çıxıb molla rejimi ilə məzələndi:
“Qətərdəki bazanı boşaltmışdıq. İranlılar soruşdular ki, saat 1-də hücum edə bilərikmi? — dedim ki, olar. Onlar daha gec hücum edə biləcəklərini də təklif etdilər. Bir az da həyəcanlı idilər. Onlar 14 raket atdılar. Hamısını da vurduq. Hekayə burada bitdi”
Hətta 12 günlük İran-İsrail münaqişəsində “Mossad” da bunları trolladı:
“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb, amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.
Bax belə!
İndi Vilayəti deyir ki, İran bölgənin təhlükəsizlik maraqlarına əsaslanaraq buna mane olacaq. Gözləyirik, görək bunu necə bacaracaq? Dua yazacaqlarsa, indidən deyirik:
Əuzu billəhi minəş-şeytanir-racim!
Emin Səfərov
21:34 / 13 Dekabr 2025
20
21:21 / 13 Dekabr 2025
22
21:19 / 13 Dekabr 2025
23
21:15 / 13 Dekabr 2025
21
21:02 / 13 Dekabr 2025
25
20:49 / 13 Dekabr 2025
165
20:44 / 13 Dekabr 2025
44
20:36 / 13 Dekabr 2025
45
20:26 / 13 Dekabr 2025
53
20:01 / 13 Dekabr 2025
184
19:53 / 13 Dekabr 2025
62
19:21 / 13 Dekabr 2025
297
19:16 / 13 Dekabr 2025
94
18:32 / 13 Dekabr 2025
907
18:12 / 13 Dekabr 2025
155
18:02 / 13 Dekabr 2025
100
17:43 / 13 Dekabr 2025
1507
17:09 / 13 Dekabr 2025
100
16:55 / 13 Dekabr 2025
327
15:58 / 13 Dekabr 2025
108
15:47 / 13 Dekabr 2025
97
15:39 / 13 Dekabr 2025
121
15:08 / 13 Dekabr 2025
2783
14:50 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.