Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski Hindistanı Rusiyadan neft alışını azaltmağa çağırıb

news/2025_08_11/880595_src_1754931198.jpg

DÜNYA

484

11.08.2025, 20:51

Ukrayna prezidenti Vladimir Zelenski ilə Hindistanın baş naziri Narendra Modi arasında telefon danışığı olub, söhbət zamanı Rusiya neftinin ixracı məsələsi müzakirə olunub.

Oxu24.com   xəbər  verir  ki, Zelenskinin Telegram-da verdiyi məlumata görə, söhbət uzun olub və ikitərəfli əməkdaşlıq və beynəlxalq diplomatiyanın əsas mövzularını əhatə edib.

Prezident Hindistanın baş nazirinə Rusiyanın Ukraynanın şəhər və kəndlərinə endirdiyi zərbələr, o cümlədən Zaporojyadakı avtovağzalın hücumu barədə məlumat verib.

Zelenski vurğulayıb ki, müharibəni bitirmək üçün diplomatik imkan yarandığı bir vaxtda Rusiya yalnız işğal və zorakılıq arzusunu nümayiş etdirməkdə davam edir.

Onun sözlərinə görə, Hindistan sülh təşəbbüslərini və Ukraynanın sülh proseslərində iştirakını dəstəkləyir. Ukrayna lideri qeyd edib ki, Rusiya Federasiyasının potensialını və müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün Rusiyanın enerji resurslarının, o cümlədən neftin ixracını məhdudlaşdırmaq lazımdır.

Tərəflər həmçinin sentyabrda BMT Baş Assambleyasında görüşmək barədə razılığa gəliblər.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Dehlini Ukraynadakı müharibəyə baxmayaraq Rusiya neftini idxal etməyə davam etməkdə ittiham edərək Hindistana əlavə 25% rüsum tətbiq edib.

Nigar