Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna 155 mm-lik artilleriya mərmilərinin istehsalını iki dəfə artıracaq

news/2025_08_11/880591_src_1754931054.jpg

DÜNYA

487

11.08.2025, 20:49

Almaniyanın “Rheinmetall” müdafiə konserni 155 mm-lik artilleriya mərmiləri istehsal etmək üçün Ukraynada tikilən zavodun gücünü iki dəfə artırmağı planlaşdırır.

Oxu24.com   xəbər  verir  ki, bu barədə şirkətin baş direktoru Armin Papperger bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Qərb tərəfdaşlarından sursat tədarükündən asılılığını azaltmağa və öz istehsalını artırmağa çalışır.

Əvvəlcə müəssisənin ildə 150 min mərmi istehsal edəcəyi planlaşdırılırdı, lakin Ukrayna hakimiyyətinin tələbi ilə gücü 300 minə çatdırmaq qərara alındı. Zavodun 1-2 il ərzində bu həcmə çatacağı gözlənilir.

Müəssisənin istifadəyə verilməsi gələn il nəzərdə tutulub.

Nigar