Qaynar xətt:

(+99450) 247 90 86

Çin İsrailin Qəzzaya nəzarət etmək planını pisləyir

2025/02/18/1739868163_cina.jpg

DÜNYA

513

11.08.2025, 15:56

Hərbi həll yolları İsrail və radikal Fələstin qruplaşması HƏMAS arasındakı münaqişədən çıxış yolu deyil və Qəzza zolağının işğalına yönəlmiş istənilən cəhdlər qətiyyətlə yatırılmalıdır.

Oxu24.com   xəbər  verir   ki, “South China Morning Post” qəzetinin məlumatına görə, bunu Çinin BMT-dəki nümayəndəsi Fu Konq deyib.

Diplomat İsrailin Fələstin anklavına nəzarət etmək planını pisləyib.

O, Qəzzanın Fələstin xalqına məxsus olduğunu və Fələstin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

"İki dövlətli həllin həyata keçirilməsi Fələstin probleminin həlli və İsrail və Fələstin arasında dinc yanaşı yaşamaya nail olmaq üçün yeganə əlverişli yoldur", - Fu yekunlaşdırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun HƏMAS radikal qruplaşmasına yeni ultimatum verməyi planlaşdırdıqları barədə məlumat yayılmışdı.

Vaşinqton və Təl-Əvivin mərhələli birdəfəlik razılaşmalar əvəzinə qrupdan hərtərəfli razılığa nail olmaq niyyətində olduğu vurğulanıb.

Avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərini işğal etmək qərarını təsdiqləyib.

Miri