Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya uçuşları dayandırdı 

news/2025_08_11/shutterstock_2257109249_pic_32ratio_900x600_900x600_91859_1754897022.jpg

DÜNYA

498

11.08.2025, 11:22

Rusiyanın  Volqoqrad hava limanı təyyarələrin qəbulunu və yola salınmasını dayandırıb.

Oxu24.com  xəbər  verir   ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artem Korenyako özünün Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, bu tədbir mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün lazımdır. 

Bundan əvvəl, Nijni Novqorod hava limanında (Strigino) 3,5 saatdan sonra təyyarələrin qəbulu və buraxılmasına qoyulan məhdudiyyətlər aradan qaldırıldı.

Avqustun 6-da Rusiya Federasiyası İctimai Palatasının qanun layihələrinin və digər normativ hüquqi aktların ictimai ekspertizası komissiyasının üzvü Yevgeni Maşarov Rusiya hava limanlarında “Xalça” planını bəyan edərkən sərnişinlər üçün pul kompensasiyasının tətbiqini təklif edib.

O, hüquqi baxımdan “Xalça” planının ona fors-major anlayışının tətbiqi ilə bağlı sığorta hadisəsi olmadığına aydınlıq gətirib. Mütəxəssis bununla əlaqədar olaraq, bu xüsusi rejimin tətbiq olunacağı təqdirdə aviaşirkətlərin müştərilərə uçuş gecikmələrinə görə kompensasiya ödəyə biləcəyini müdafiə edib.

Nigar