Qaynar xətt:

(+99450) 247 90 86

Hindistanın Trampa cavabı: ABŞ silahlarından imtina

2024/09/19/1726744907_hindistaa.jpg

DÜNYA

521

08.08.2025, 15:09

Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Hindistan ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflərə görə ABŞ-dan silah almaq planlarını dayandırır.

Oxu24.com  xəbər  verir   ki, razılaşma Hindistanın General Dynamics Land Systems tərəfindən istehsal olunan Stryker döyüş maşınlarını və Raytheon və Lockheed Martin tərəfindən istehsal olunan Javelin tank əleyhinə raketlərini almasına aiddir.

Agentliyin məlumatına görə, Hindistan müdafiə naziri Rajnath Singh-i bəzi satınalmaları elan etmək üçün yaxın həftələrdə Vaşinqtona göndərməyi planlaşdırırdı, lakin səfər ləğv edilib.

Nigar