Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Netanyahuya qışqırdı

news/2025_07_26/tramp_1_1753479371.jpg

DÜNYA

598

08.08.2025, 12:41

ABŞ prezidenti Donald Tramp Qəzza zolağındakı humanitar böhranla bağlı telefon danışığı zamanı İsrailin baş naziri Binyamin Netanyahuya qışqırıb.

Oxu24.com  xəbər  verir  ki, NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Netanyahu Trampa telefonla Qəzza zolağında baş verən kütləvi qıtlığın doğru olmadığını və bu barədə yayılan xəbərlərin HƏMAS tərəfindən uydurulduğunu deyib. Tramp Netanyahunun sözünü kəsərək aclığın saxta olduğunu və köməkçilərinin ona dəlillər göstərdiyini eşitmək istəmədiyini söyləyərək qışqırmağa başlayıb”, - məlumatda deyilir.

Telekanalın məlumatına görə, insident iyulun 28-də söhbət zamanı baş verib.Qeyd edilir ki, Ağ Ev nümayəndələri və İsrail rəsmiləri insidentlə bağlı şərh verməkdən imtina ediblər.

Bundan əvvəl Tramp və Netanyahunun Qəzza zolağına nəzarəti əlində saxlayan HƏMAS radikal qruplaşmasına yeni ultimatum verməyi planlaşdırdığı bildirilirdi. Şərtlərə görə, radikallar İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları (ən azı 20 nəfəri) azad etməli, həmçinin müharibənin dayandırılması, o cümlədən tərksilah və gələcəkdə döyüşlərə son qoyulması şərtləri ilə razılaşmalıdırlar. Əks halda İsrail ordusu kampaniyasını davam etdirəcək.

Miri