Krıma PUA hücumu olub, ölənlər var
17 Noyabr 2026, 10:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
590
08.08.2025, 12:15
Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti, ölkənin Fələstin dövlətini tanıması halında Böyük Britaniya ilə müdafiə sahəsində əməkdaşlığı dayandırmağa hazırlaşır.
Oxu24.com xəbər verir ki,bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Böyük Britaniya diqqətli olmalıdır, çünki Netanyahu və nazirlərinin oynamağa qərar verə biləcəkləri kartları var. İsrail krallıqla tərəfdaşlığını yüksək qiymətləndirir, lakin son qərarlar onun təzyiq altında olduğunu göstərir və İsrail hökuməti cavab addımları atmağa qərar verərsə, Londonun itirəcəyi çox şey var", - diplomatik mənbələr nəşrə bildirib.
Qeyd olunur ki, Netanyahu hökuməti Böyük Britaniyanın Fələstini suveren dövlət kimi tanımaq təklifinə cavab vermək üçün mümkün variantlardan biri kimi Londonla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dayandırmağı düşünür.
İyulun 29-da Böyük Britaniyanın baş naziri Keir Starmerin ofisi bildirib ki, Böyük Britaniya sentyabrda BMT Baş Assambleyası qarşısında Fələstini tanıyacaq. Qeyd olunur ki, bu, İsrail hökumətinin Qəzza zolağında vəziyyətin yaxşılaşdırılması üçün əhəmiyyətli addımlar atmayacağı və uzunmüddətli davamlı sülhün bərqərar olunmasına dair öhdəlik götürmədiyi təqdirdə baş verəcək.
Nigar
12:05 / 17 Noyabr 2026
80
11:58 / 17 Noyabr 2026
38
11:56 / 17 Noyabr 2026
102
11:28 / 17 Noyabr 2026
57
11:00 / 17 Noyabr 2026
81
10:54 / 17 Noyabr 2026
81
10:50 / 17 Noyabr 2026
93
10:45 / 17 Noyabr 2026
86
10:32 / 17 Noyabr 2026
91
10:30 / 17 Noyabr 2026
97
10:22 / 17 Noyabr 2026
90
10:17 / 17 Noyabr 2026
88
10:13 / 17 Noyabr 2026
88
10:00 / 17 Noyabr 2026
95
09:58 / 17 Noyabr 2026
381
09:54 / 17 Noyabr 2026
883
09:45 / 17 Noyabr 2026
82
09:43 / 17 Noyabr 2026
102
09:36 / 17 Noyabr 2026
96
09:33 / 17 Noyabr 2026
415
09:31 / 17 Noyabr 2026
141
09:28 / 17 Noyabr 2026
145
09:25 / 17 Noyabr 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.