Rusiya son sutkada rekord sayda Ukrayna dronu vurub
17 Noyabr 2026, 13:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
585
07.08.2025, 13:11
İsrailli sahibkarların sifarişi ilə Amerikanın aparıcı konsaltinq şirkəti Boston Consulting Group (BCG) Qəzza sakinlərinin Somaliyə və özünü Somaliland elan edən ərazisinə mümkün köçürülməsi üçün ssenarilər hazırlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.
Ssenarilər 2025-ci ilin martında tamamlanıb.
FT-nin məlumatına görə, BCG fələstinlilərin Qəzzadan “müvəqqəti köçürülməsi”nin müxtəlif variantlarını iqtisadi baxımdan təhlil edib – xaricdə kirayə və ev tikmək, insanların qida və tibbi xidmətlə təmin olunması xərcləri nəzərə alınıb.
Anklav sakinlərinin yerləşdirilməsi üçün mümkün yerlər ayrıca sadalanmışdır.
Siyahıya Somalidən başqa Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki yaşayış məntəqələri də daxil edilib.
FT mənbələri qeyd edir ki, köçürmə ssenariləri BCG-nin ABŞ prezidenti Donald Trampın səsləndirdiyi təklifləri, o cümlədən anklavı Amerikanın nəzarəti altına almaq və onu “Yaxın Şərqin Rivierası”na çevirmək ideyasını nəzərə alaraq Qəzza zolağının müharibədən sonrakı strukturu üçün plan hazırlamaq üzrə genişmiqyaslı işinin bir hissəsi olub.
Şirkət həmçinin ABŞ və İsrailin dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) yaradılmasına kömək edib. Bununla belə, yayın əvvəlində, GHF yardım paylama məntəqələrində mülki şəxslərin ölümləri ilə bağlı xəbərlərdən sonra BCG Qəzza ilə bağlı layihələrdə iştirakını dayandırdığını elan etdi.
Nigar
13:24 / 17 Noyabr 2026
33
13:22 / 17 Noyabr 2026
37
12:58 / 17 Noyabr 2026
49
12:55 / 17 Noyabr 2026
65
12:43 / 17 Noyabr 2026
56
12:25 / 17 Noyabr 2026
68
12:05 / 17 Noyabr 2026
467
11:58 / 17 Noyabr 2026
76
11:56 / 17 Noyabr 2026
249
11:28 / 17 Noyabr 2026
82
11:00 / 17 Noyabr 2026
104
10:54 / 17 Noyabr 2026
103
10:50 / 17 Noyabr 2026
120
10:45 / 17 Noyabr 2026
112
10:32 / 17 Noyabr 2026
120
10:30 / 17 Noyabr 2026
130
10:22 / 17 Noyabr 2026
128
10:17 / 17 Noyabr 2026
124
10:13 / 17 Noyabr 2026
121
10:00 / 17 Noyabr 2026
118
09:58 / 17 Noyabr 2026
506
09:54 / 17 Noyabr 2026
1101
09:45 / 17 Noyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.