Qaynar xətt:

(+99450) 247 90 86

Tramp nəyə hazırlaşır?

news/2025_08_06/tramp_abs_1754463062.jpg

DÜNYA

467

06.08.2025, 10:48

“The New York Post” (NYP) mənbəyə istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı razılaşmaya “sərt şəkildə təkid edir”, lakin Rusiya və Ukraynanın yaxın günlərdə razılığa gələ bilməyəcəyi təqdirdə sanksiyalar yeganə ssenari deyil.

Oxu24.com  xəbər verir   ki, mənbənin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın ultimatumunun müddəti başa çatdıqdan sonra sanksiyalar qaçılmaz deyil, çünki ABŞ “razılaşma üçün çox səy göstərir”.

NYP mənbəsi bildirib ki, bu nəticə ABŞ prezidenti üçün ən yaxşısı olacaq.

Bir gün əvvəl Tramp Rusiyaya qarşı sanksiyaların mümkün gücləndirilməsi ilə bağlı qərarını avqustun 6-dan sonra verəcəyini demişdi.

Həmin gün onun xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya rəhbərliyi ilə görüşmək üçün Moskvaya gəlib.

Vitkovu Moskvanın Vnukovo hava limanında Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Bundan əvvəl ekspert Uitkoffun Rusiyaya səfərinin məqsədini açıqlamışdı.

Miri