Qaynar xətt:

(+99450) 247 90 86

Litvanın baş naziri  istefa verib

news/2025_07_31/istefa_1753952365.jpg

DÜNYA

438

31.07.2025, 13:40

Korrupsiya qalmaqalından sonra ölkə prezidenti Gitanas Nauseda tərəfindən siyasi gələcəyi ilə bağlı qərar vermək üçün iki həftə vaxt verilən Litvanın baş naziri Gintautas Paluckas istefa verib.

Oxu24.com  xəbər  verir    ki, bu barədə LRT (Litva Radio və Televiziya) portalı dövlət başçısına istinadən məlumat yayıb.

Paluckas səhər saatlarında zəng edib və istefa verdiyini bəyan edib”, - Litva prezidenti bildirib.

Portalın məlumatına görə, Paluckas həm baş nazir, həm də Litva Sosial Demokrat Partiyasının sədri vəzifəsindən istefa vermək qərarına gəlib.

Nausėda qeyd edib ki, hazırda Litvanın siyasi həyatında “əsaslı heç nə dəyişmir”.

Prezident həmçinin vurğulayıb ki, baş nazirin istefa qərarı “gecikmiş”.

İyulun 25-də bildirildi ki, Paluckas Nausėdanın ultimatumundan sonra ev işləri ilə məşğul olmaq üçün iki həftəlik məzuniyyətə çıxıb.

Litvada ölkənin baş nazirinin mümkün maliyyə sui-istifadələri ilə bağlı qalmaqal yaranıb. Hökumət başçısı qohumlarının şirkəti tərəfindən Milli Bankdan güzəştli kredit almaqda, habelə paytaxt bələdiyyəsinin rəhbəri olduğu dövrdə aparılan mübahisəli daşınmaz əmlak almaqda ittiham olunur.

Litva prezidenti bir müddət əvvəl PUA ölkəyə uçsa, sığınacaq üçün qaçmayacağını bildirmişdi.

Miri