Qaynar xətt:

(+99450) 247 90 86

Çin Amerika neftini almağı dayandırır

2025/02/18/1739868163_cina.jpg

DÜNYA

444

31.07.2025, 13:00

2025-ci ilin iyun ayında Çin ABŞ-dan bir dənə də olsun neft partiyası idxal etməyib.

Oxu24.com  xəbər  verir   ki,bu barədə “Vedomosti” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Mayın sonunda Amerikanın xam neft tədarükünün həcmi 72,8 milyon dollar təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 4,2 dəfə azdır.

2025-ci ilin əvvəlindən ABŞ 1,33 milyard dollar dəyərində neft tədarük edib, halbuki bir il əvvəl bu rəqəm həm fiziki, həm də dəyər baxımından təxminən iki dəfə yüksək idi.

ABŞ-dan idxalın kəskin azalması fonunda Pekin digər təchizatçılardan alışları artırıb.

Belə ki, iyunda Səudiyyə Ərəbistanından tədarük 36% artaraq 3,87 milyard dollara, Malayziyadan 52% artaraq 3,4 milyard dollara, BƏƏ-dən 18% artaraq 1,38 milyard dollara, Küveytdən 15% artaraq 732 milyon dollara çatıb.

Rusiya tədarük həcminə görə lider olaraq qalıb - 3,95 milyard dollar, bir ay ərzində 1% artım olub.

Çin gömrük məlumatlarına görə, Çinin ümumi neft idxalında ABŞ-ın payı fiziki ifadədə 0,1%-ə, pul ifadəsində isə 0,9%-ə düşüb.

Miri