Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya-Suriya danışıqları BAŞLADI 

2024/12/23/1734956501_rusiya.jpg

DÜNYA

447

31.07.2025, 12:46

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvaya səfəri çərçivəsində hazırda suriyalı həmkarı Əsəd əl-Şibani ilə danışıqlar aparır.

Oxu24.com   xəbər  verir   ki, Bu, nazirlərin Rusiya paytaxtında ilk rəsmi görüşüdür.

Suriyalı nazirin səfəri barədə bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı xarici siyasət idarələrinin rəhbərləri beynəlxalq və regional problemlərin ikitərəfli gündəliyinə dair cari məsələləri müzakirə edəcəklər.

Çərşənbə günü Suriya mənbələri Əmirliyin Aram News saytına bildiriblər ki, Suriyadakı Rusiya qüvvələri Əs-Suveydadakı druz milislərinə onlarla Suriya ordusu arasında döyüşdən əvvəl və döyüş zamanı iki partiya silah təhvil verib.

Mənbələr iki mərhələdə Əs-Suveydaya çatan silahlar arasında yüngül və orta dərəcəli silahlar, snayper tüfəngləri, tank əleyhinə raketlərin olduğunu, bunlardan ən mühümlərinin döyüşə girdikdən sonra qüvvələr balansını dəyişməyi bacaran Rusiyaya məxsus Kornet raketləri olduğunu qeyd edib.

Miri