Qaynar xətt:

(+99450) 247 90 86

Aİ Moldovada ədalətli seçkilər üçün pul ayırır

news/2025_07_31/secki_1753951592.jpg

DÜNYA

436

31.07.2025, 12:45

Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin rəhbəri Peter Vaqner bildirib ki, seçki prosesində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və qeyri-qanuni siyasi maliyyələşdirmənin qarşısının alınması üçün Avropa İttifaqı Moldovaya 2,3 milyon avro ayırıb.

Oxu24.com  xəbər  verir   ki,"Moldovadakı demokratiya görünməmiş kənar müdaxilə ilə üzləşib və ölkə vətəndaşları şəffaf və ədalətli seçkilərə layiqdirlər", - Vaqner vurğulayıb.

O qeyd edib ki, vəsait Moldovada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Korrupsiyaya qarşı mübarizə vasitəsilə davamlı demokratiya” layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Layihə dövlət orqanlarını daha effektiv alətlərlə təmin edəcək, onlar arasında koordinasiyanı təkmilləşdirəcək və beynəlxalq standartlara cavab verən hüquqi mexanizmlərin tətbiqini asanlaşdıracaq.

Vaqnerin sözlərinə görə, bu, Moldovada seçki bütövlüyünün qorunması və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm addım olacaq.

Layihə həmçinin seçkilərdə korrupsiyanın riskləri və nəticələri barədə ictimaiyyəti məlumatlandırmaq, o cümlədən vətəndaşları seçki prosesində məsuliyyətlə iştirak etməyə təşviq etmək məqsədi daşıyan ictimai məlumatlandırma kampaniyaları və vətəndaş maarifləndirici tədbirləri əhatə edir.

Bir gün əvvəl Moldova prezidenti Maia Sandu Rusiyanın qarşıdan gələn seçkilərə “görünməmiş müdaxilə” hazırladığını bildirib. Kremlin sözçüsü Dmitri Peskov onun bəyanatını "doğru deyil" kimi qiymətləndirib. Onun sözlərinə görə, Rusiya Federasiyası “başqa ölkələrin daxili işlərinə qarışmır”.

Xatırladaq ki, Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib.

Miri