Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da onlarla ravvin saxlanılıb

news/2025_07_30/bdbbb470_0188_11ef_ba3a_012d8dd63f5ejpg_1753866252.webp

DÜNYA

460

30.07.2025, 13:02

27 ravvin Qəzza zolağına təcili humanitar yardım tələbi ilə Vaşinqtonda Senat çoxluğunun lideri Con Tunun ofisində həbs edilib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə İsrailin rusdilli “Details” nəşri məlumat yayıb.

Etirazçılar Cənubi Dakotadan olan senatorun ofisinə daxil olub, üzərində “Ravvilər deyir: həyatı qoruyun!” yazılmış plakatlar açıblar. 

Bundan sonra Kapitol polisi bütün iştirakçıları həbs edib.

Həbs edilən ravvinlər son iki ayda 750-dən çox ravvin və 100-dən çox sinaqoq və yəhudi təşkilatı da daxil olmaqla 23.500-dən çox yəhudinin imzasını toplayan "Yəhudilər Qəzzada İnsanlara Qida Yardımı" hərəkatı ilə əlaqələndirilir.

Bir gün əvvəl İsrailin Nyu Yorkdakı Baş Konsulluğu qarşısında T'ruah və New York Jewish Agenda hərəkatlarının təşkil etdiyi etiraz aksiyası zamanı daha səkkiz ravvin həbs edilib. Onların hamısı humanitar yardımın artırılmasını, müharibənin dayandırılmasını və bütün girovların azad edilməsini tələb edirdi.

Nigar