Qaynar xətt:

(+99450) 247 90 86

İspaniya Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşının ölümünün təfərrüatlarını açıqlayıb

DÜNYA

359

21.07.2025, 15:22

İspaniya Mülki Qvardiyası Ukrayna Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın keçmiş əməkdaşı İqor Qruşevskinin ölüm şəraiti ilə bağlı şübhəli heç nə tapmayıb.

Oxu24.com  xəbər  verir    ki, bu barədə TASS-a vilayətin hüquq-mühafizə orqanlarının mətbuat xidmətindən məlumat verilib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hər şey qəzaya və ya “ölümün təbii səbəblərinə” işarə edir, hadisədə kiminsə əli olduğunu göstərən heç nə yoxdur.

Qruşevski Villajoyosadakı Cala Alta yaşayış kompleksinin hovuzunda ölü tapılıb.

El Espanol-un məlumatına görə, Qruşevski 2024-cü ilin fevralında Mi-8 helikopterini qaçıran keçmiş rusiyalı pilot Maksim Kuzminovun öldürüldüyü yerin yaxınlığında ölü tapılıb.

Nigar