Qaynar xətt:

(+99450) 247 90 86

Trampın uğursuzluqları ABŞ-da üzə çıxdı

DÜNYA

400

21.07.2025, 14:30

The Washington Times (WT) xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp icra sərəncamlarına etiraz edən federal işlərin 75 faizini itirib.

Oxu24.com  xəbər  verir    ki, nəşrin məlumatına görə, Amerika lideri səlahiyyət müddətinin altı ayı ərzində onun hərəkətlərinə etiraz edən ən azı 500 məhkəmə prosesi ilə üzləşib.

İşlərin dörddə üçündə qərar Trampın xeyrinə olmayıb.

Məqalədə vurğulanır ki, o, “ABŞ Konqresini ram edə, enerjili proqramını həyata keçirmək üçün bürokratiyanı xeyli dərəcədə sakitləşdirə bildi”, lakin federal hakimlər ona güzəştə getmədilər.

"Bu, əlbəttə ki, Trampın hərəkətlərinin anlaşılmaz miqyasını və tempini əks etdirir və onun aqressiv proqramı hakimləri çaşdıran yeni hüquqi arqumentlərlə dəstəklənir", - nəşr iddia edir.

Bundan əvvəl Amerikanın “The Hill” nəşri Trampın Ukrayna ilə bağlı siyasətində uğursuzluğa düçar olacağını proqnozlaşdırmışdı.

Nigar